58 il sonra ilk dəfə Bakıda – İsrail və Suriyanı Azərbaycana gətirən MÜHÜM DETAL NƏDİR?

media-hightechnic-468x90

“Diplomatik mənbələrə görə, Suriya Keçid Hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani ilə İsrailin Strateji İşlər naziri Ron Dermer arasında belə bir görüşün planlaşdırıldığı bildirilir”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

O, gələn həftə Bakıda baş tutması gözlənilən Suriya-İsrail ikitərəfli görüşü ilə bağlı fikirlərini bölüşüb.

Analitikin fikrincə, Suriya Keçid Hökumətinin cənub sərhədlərindən ağır silahların çıxarıldığına dair məlumatlar var:

“Bu addım görüşdən əvvəl etimad mühitini gücləndirmək məqsədilə atılmış jest kimi qiymətləndirilir. Toplantının Bakıda keçirilməsi Azərbaycanın diplomatik baxımdan regional proseslərdə vasitəçilik rolunu artıracaq. İsrail isə görüşün məhz Bakıda təşkil olunması ilə həm Azərbaycanın özünə yaxın müttəfiq olduğunu nümayiş etdirmək, həm də bu əməkdaşlığı gücləndirmək niyyətindədir. Lakin bu, Bakı üçün həm imkan, həm də risk yaradır. Çünki İran-İsrail, Rusiya-İsrail gərginliyi, üstəlik, Türkiyə-İsrail münasibətlərindəki mənfi atmosfer nəzərə alındıqda, Azərbaycan bu prosesi ustalıqla diplomatik manevrlərlə öz xeyrinə çevirməlidir”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa