59 min manatlıq izolent, “Ana-Bala” kleyi... – Vilayət Vəliyevin qəribə “alış-veriş”i

media-hightechnic-468x90

Azərbaycan Texniki Universiteti (AzTU) laboratoriya malları və avadanlıqlarının satın alınması üzrə elan etdiyi tenderin qalibini müəyyənləşdirib.

Yenicag.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “LİNKLİNE” MMC olub. Müqavilənin dəyəri isə 58 min 919 manat 51 qəpik təşkil edir.

Satınalma çərçivəsində universitetə “Ana-Bala” kley, 200 qr. lehim teli, Mini Devre Kesici Akü Şalter, laqonda daşı, şəffaf yapışqanlı kley, izolent, “Profesional Sumo Robot Kiti GZ”, antena, adapter və digər laboratoriya ləvazimatlarının alınması nəzərdə tutulur.

Məlumata görə, qalib şirkətin nizamnamə kapitalı 20 manatdır, qanuni təmsilçisi isə Çinarə Əlizadə Elbrus qızıdır.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa