6 ayaqlı buzov doğulub
Çinin Şandun əyalətində 6 ayaqlı buzov doğulub.
Fermerin dostu buzovun şəklini çəkəndən sonra insanlar bu haqda xəbər tutublar. Fermerin sözlərinə görə, artıq olan 2 ayaq buzova heç bir əziyyət vermir. Amma buzov həmin ayaqlarını tərpədə və üzərinə basa bilmir. “İndi fermada çoxlu adam olur. Buraya həm adi insanlar, həm də televiziya əməkdaşları yığışırlar.
Baytarların sözlərinə görə isə, artıq olan iki ayaq mutasiyanın nəticəsi deyil. Sadəcə ola bilsin ki, bunlar doğulmamış əkiz buzovun qalıqlarıdır”.