Nüvə zərbəsinə qarşı qoruma, mini xəstəxana... – Trampın yeni xidməti təyyarəsinin ilk xarici sınağı Türkiyə oldu

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Ankaradakı NATO sammitinə ilk xarici səfərini edən yeni xidməti təyyarəsi “Boeing VC-25B Bridge” ilə gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Qətərin ABŞ-yə hədiyyə etdiyi və bir müddətdir sınaq uçuşları keçirilən VIP reaktiv təyyarə, 400 milyon dollarlıq modernizasiya nəticəsində tam təchizatlı Prezident təyyarəsinə çevrilib. 14 min 800 kilometrlik uçuş məsafəsinə (mənzilə) malik hava gəmisində ultra lüks Prezident süiti, nüvə partlayışlarının səbəb ola biləcəyi şok dalğalarına qarşı elektromaqnit müdafiə sistemləri, Oval ofisin bənzəri olan iclas otaqları və hətta kiçikmiqyaslı cərrahiyyə əməliyyatlarının aparıla biləcəyi tibb otağı kimi xüsusi sahələr mövcuddur.

NATO sammiti üçün Türkiyəyə gələn ABŞ Prezidenti Donald Tramp paytaxt Ankaraya tarixi bir eniş reallaşdırıb. Dünyanın diqqəti regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bu kritik sammitə yönəldiyi bir vaxtda, aviasiya və diplomatiya dairələrinin nəzərləri Trampı daşıyan yeni xidməti təyyarəyə — “Boeing VC-25B Bridge”ə kilidlənib.

Trampın Ankara səfəri təkcə diplomatik baxımdan deyil, ABŞ prezident donanması (filosu) baxımından da bir dönüş nöqtəsi olub. Sınaq və modernizasiya proseslərinin ardından qısa müddət əvvəl istismara verilən bu yeni təyyarə, ilk rəsmi xarici səfərini məhz Türkiyəyə reallaşdırıb. “Uçan Ağ Ev” olaraq da bilinən laynerin bu ilk okeanarxası uçuşu rəvan və problemsiz tamamlaması, ABŞ Hərbi Hava Qüvvələrinin modernizasiya proqramındakı uğurunu praktiki olaraq sahədə nümayiş etdirib. Qeyd edək ki, NATO-nun Ankara sammiti öncəsi Türkiyəyə rəsmi səfər edən ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə artıq Ankara Hava Limanına eniş edib.

Aviasiya dairələrində böyük maraq doğuran bu yeni xidməti təyyarə rəsmi olaraq 2026-cı ilin iyun ayında ABŞ Hərbi Hava Qüvvələrinin balansına verilib. İstehsalı uzunmüddətli və mürəkkəb bir prosesə çevrilən əsl yeni nəsil “Air Force One” təyyarələrinin tədarükü 2028-ci ilə gecikdiyi üçün, hazırkı köhnəlmiş donanmanın yükünü yüngülləşdirmək məqsədilə “Keçid Təyyarəsi” (Bridge Aircraft) kimi xarakterizə olunan bu platforma təcili həll yolu olaraq dövriyyəyə buraxılıb.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05