6 ayda hava nəqliyyatı ilə daşınan yükün həcmi açıqlandı
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 4,1 milyard ABŞ dolları dəyərində 7,3 min ton yük daşınıb.
Yenıcag.az xəbər verir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,3 milyard ABŞ dolları və ya 2,3 dəfə çox, həcm ifadəsində isə 62,8 min ton və ya 9,6 dəfə azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 181 milyon ABŞ dolları dəyərində 1 023 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 22,5 milyon ABŞ dolları və ya 14,2% artım, həcm ifadəsində isə 62,7 min ton və ya 62,3 dəfə azalma deməkdir.
Eyni zamanda, dövr ərzində hava nəqliyyatı vasitəsilə Azərbaycana 3,9 milyard ABŞ dolları dəyərində 6 283 ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 2,3 milyard ABŞ dolları və ya 2,5 dəfə artıb, həcm baxımıdan isə 44 ton və ya 0,69% azalıb.