6 boksçumuz yarımfinalda çıxış edəcək
Bakı 2015 birinci Avropa Oyunlarında boksçumuz növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu gün təmsilçilərimizdən rinqə ilk olaraq qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova çıxacaq. O, 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 12:45-də başlayacaq.
Daha sonra rinqə yüngül (60 kq) çəkidə çıxış edən kişi boksçumuz Albert Səlimov çıxacaq. Yarımfinala çıxış yolunda o, Bolqarıstan idmançısı Elian Dimitrov ilə üz-üzə gələcək. Döyüş saat 14:00-da başlayacaq.
Saat 19:15-də yarımorta (60-64 kq) çəkidəki təmsilçimiz Yana Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rian Sandi ilə qarşılaşacaq.
Növbəti təmsilçimizin döyüşü saat 20:15-ə planlaşdırılır. Bu dəfə birinci yarımorta (64 kq) çəkidə təmsilçimiz Kollazo Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə münasibətlərə aydınlıq gətirəcək.
Daha sonra yarımorta (69 kq) çəkidəki boksçumuz Pərviz Bağırov 1/4 finalda rinqdə Almaniya idmançısı Abas Barou ilə üz-üzə gələcək. Yarımfinala vəsiqəni təmin edəcək görüş saat 21:15-də başlayacaq.
Azərbaycan təmsilçilərindən ən sonda döyüşə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxacaq. Yarımfinala çıxmaq üçün o, Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırmalıdır. Görüş saat 21:30-a planlaşdırılır.