!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 ili gözardı edən qurumlar - Orta ömür uzunluğu ilə ölüm yaşı arasında PARADOKS

!Reklam – Yazi

Bu il kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 62 il 6 ay olaraq müəyyən olunub. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il 6 ay olacaq.

Mövzu ilə bağlı iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, pensiya yaşı orta ömür uzunluğuna uyğun təyin olunmalıdır. Halbuki indiki halda pensiya yaşı ilə orta ömür uzunluğu arasında ziddiyyət mövcuddur:

“Azərbaycanda orta ömür uzunluğu 73.6 yaş təşkil edir. Qadınlar 76 il, kişilər isə 71 il yaşayır. Əgər kişi 65 yaşında pensiyaya çıxırsa, ən yaxşı halda 6 il pensiya ala bilər. Halbuki kişinin pensiyaya çıxana qədər yığdığı sığorta kapitalı 144-ə, yəni 12 ilə bölünür. Çünki kişinin 12 il yaşayacağını nəzərdə tuturlar. Guya həmin məbləğ də kişiyə 12 il ərzində hissə-hissə qaytarılacaq. Əgər kişi tez ölərsə, bu halda 6 illik pensiya haqqını ala bilmir. Buna görə də pensiya yığımında varisliyin təminatı olduqca vacibdir. Varisliyin təminatı tətbiq olunarsa, ölən şəxsə ödənilməyən vəsait onun ailə üzvlərinə çatdırıla bilər. Bu, yalnız pensiya yaşlı əhaliyə deyil, pensiya yaşına çatmadan vəfat edən şəxslərə də şamil olunmalıdır. Rəsmi statistikaya görə, 2021-ci ildə Azərbaycanda yaş kriteriyasına əsasən kişilərin 47 faizi, qadınlar isə 32 faizi pensiya yaşına çatmamış vəfat edib.

Ümumilikdə 2026-cı ildə qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə uyğunlaşdırılacaq və 65 yaş olacaq. Halbuki pensiya yaşının aşağı salınması arzuolunandır. İndiki halda pensiya yaşı kişilər üçün 62 yaş, qadınlar üçün isə 60 yaşa kimi aşağı salına bilər”.

Gülşən Şərif

www.yenicag.az

6195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv