!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 ölkəni “silkələyən” dəhşətli zəlzələ Azərbaycanı da tutdu

!Reklam – Yazi

İranın qərbində yerləşən Kirmanşah əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Baş direktorun elmi məsələlər üzrə müavini Azay Rzayevin Yenicag.az-a bildirdiyinə görə, təbii fəlakət Azərbaycanda da hiss olunub:

“Kirmanşah əyalətində baş verən güclü zəlzələ Azərbaycananda da hiss olunub. Lənkəranda zəif təkanlar olsa da, heç bir dağıntı yoxdur”.

Qeyd edək ki, Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, zəlzələ İran və İraqla yanaşı, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt də daxil olmaqla, 6 ölkədə hiss olunub.

Cəvahir

www.yenicag.az

8021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv