62 yaşında evləndi
62 yaşlı Hollivud ulduzu Ceff Qoldblyum 31 yaşlı 3 illik sevgilisi, idmançı Emili Livinqstonla ailə qurub.
Artıq 3-cü dəfədir nikah masasına əyləşən aktyorun Los-Ancelesdə baş tutan toyuna yaxınları və dostları qatılıb.
Qeyd edək ki, cütlük 2011-ci ilin iyulunda Havay adalarındakı tətilləri zamanı tanış olub.
Ceff Qoldblyum daha əvvəl həmkarları – Patrisiya Qaliya (1980-1986) və Cin Devislə (1987-1990) ailəli olub.