62 yaşlı kişi intihar etdi

media-hightechnic-468x90

Balakəndə 62 yaşlı kişi intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 06:30 radələrində Balakən rayonu Püştətala kənd sakini, 1956-cı il təvəllüdlü Sabir Qurban oğlu Osmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Sabir Osmanovun istintaqa məlum olmayan səbəbdən intihar etməsi müəyyənləşib.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600