Mədə kiçiltmə əməliyyatı etdirən aktyor Ümit Erdim sosial şəbəkədə izləyicisinə əsəbiləşib.
Yenicag.az xəbər verir ki, izləyicinin ona yazdığı bu sözlər aktyoru özündən çıxarıb: “Kaş ki, bu qədər arıqlamasaydın, xəstəyə oxşayırsan”.
Ümit Erdim isə ona belə cavab verib: “Necə insanın qəlbini qırdığının, xəyal qırıqlığına uğratdığının fərqindəsən? Həyatda yüzlərlə xəstəliklə mübarizə aparan bu qədər insan varkən, belə sözlər ağzınızdan rahatlıqla çıxmasın. Biraz sakit olun”.
Qeyd edək ki, Erdim ötən gün sosial şəbəkə hesabında “Çəkim, sağlığım və görünüşümdən çox məmnunam. Həkimin və sevimli həyat yoldaşım da məmnundur. Yenidən kökəlmək niyyətim yoxdur” ,- deyə bildirib.
Natavan
www.yenicag.az