NATO-ya üzv olan 7 ölkə Ukraynanın Alyansa dəvət edilməsinə qarşıdır.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” ABŞ və NATO-nun dörd rəsmi və diplomatına istinadən yazıb.
Qeyd olunur ki, Almaniya və ABŞ prezident Volodimir Zelenskinin Ukraynanı dərhal NATO-ya üzv olmağa dəvət etmək çağırışına ləng reaksiya verən ən böyük dövlətlər sırasındadır.
Macarıstan və Slovakiya da bu cür qərara müqavimət göstərir, çünki onların liderləri ümumiyyətlə Kreml tərəfdarıdır.
“Politico” yazır ki, Kiyevin sorğularına tez cavab verməyə çalışmayan, lakin “kölgədə gizlənmək”lə kifayətlənən başqa ölkələr də var.
“Belçika, Sloveniya və ya İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar istəmirlər”, – deyə NATO rəsmilərindən biri deyib.
Başqa bir yüksək vəzifəli məmur izah edib ki, ölkələr bu ideyanı mücərrəd şəkildə dəstəkləyirlər, lakin həyata keçirməyə yaxınlaşdıqca daha açıq şəkildə ona qarşı çıxmağa başlayacaqlar.
Eyni zamanda, jurnalistlərlə söhbət edən rəsmilər qeyd ediblər ki, nə ABŞ, nə də Almaniya Ukraynanın NATO-ya daxil olması ehtimalını istisna etmir./qaynarinfo
www.yenicag.az