Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

7 yaşlı uşağı maşın vurub - Vəziyyəti orta-ağırdır

Şəmkirdə 7 yaşlı oğlanı maşın vurub.

Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 2010-cu il təvəllüdlü Zeynalov Hüseyn Nofəl oğlu yaşadığı evin yaxınlığındakı küçədə yolu keçərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobillə vurulub. Xəsarət alan azyaşlı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona qarının küt travması və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yeniçağ.az

www.yenicag.az

374