70 ölkənin yoluna çevriləcək Zəngəzur dəhlizi: Ermənistan nə qazanacaq?

media-hightechnic-468x90

“Əslində, Ermənistan prezidenti Vaaqn Xaaçtryanın bu şəkildə bəyanat verməsi, eləcə də, ümumiyyətlə, son dövrlərdə Ermənistanın Baş naziri Paşinyan və digər Ermənistan rəsmiləri tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət mesajların verilməsi gözlənilən idi. Çünki bu dəhliz təkcə region ölkələrinə və ya qlobal ticarətin canlanmasına xidmət edən bir nəqliyyat xətti olmaqla kifayətlənmir, eyni zamanda Ermənistan üçün də olduqca vacib və mühüm bir imkandır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Siyasi təhlilçi Ermənistan prezidenti Vaaqn Xaçatryanın Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi ifadələr və mümkün sülh sazişinin imzalanması məsələsinə toxunub.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Çindən Böyük Britaniyaya qədər uzanan bir marşrut boyunca təqribən 70 ölkə bu dəhlizdən istifadə edəcək:

“Bu isə Ermənistanı faktiki olaraq tranzit ölkəyə çevirmək potensialı yaradır. Eyni zamanda, dəhlizin açılması Ermənistan üçün bir sıra digər iqtisadi üstünlüklər də təmin edəcək. Belə ki, indiyədək Ermənistanla, məsələn, İran arasında dəmiryolu əlaqəsi yoxdur. Rusiya ilə yük daşımalarında da dəmiryolu ilə bağlı problemlər qalmaqdadır. Lakin Zəngəzur dəhlizinin açılması Ermənistan üçün Naxçıvan üzərindən İran dəmiryollarına birləşmək, Rusiya ilə daha rahat ticarət münasibətləri qurmaq, eləcə də dəhlizin işə düşməsi və növbəti mərhələdə sülh sazişinin imzalanmasından sonra Türkiyə ilə münasibətlərin bərpası kimi əlavə imkanlar və dividentlər qazandıra bilər”.

R. Bayramova görə, bu baxımdan, Ermənistan prezidentinin belə bir bəyanatla çıxış etməsi və bu dəhlizin ölkəsi üçün böyük imkanlar yaradacağını bildirməsi tamamilə anlaşılandır:

“Sülh sazişinin mümkün qədər tez imzalanmasına gəldikdə isə bu, təkcə Ermənistanın deyil, ilk növbədə Azərbaycanın istəyidir. Çünki sülh təşəbbüskarı ölkə bizik və bu istiqamətdə ilk mövqe ortaya qoyan da məhz Azərbaycan olub. İndiyədək aparılan danışıqlar, əldə olunan nəticələr, sülh sazişinin mətnində razılaşmaların əldə olunması və s. – bütün bunlar Azərbaycanın siyasi qətiyyəti sayəsində mümkün olub və təbii ki, biz də bu sazişin mümkün qədər tez imzalanmasını istəyirik”.

Müsahibimizin fikrincə, məsələ ondadır ki, İrəvan tərəfindən hələ də iki əsas şərtin yerinə yetirilmədiyi ortadadır:

“Söhbət Ermənistanın Konstitusiyasında dəyişiklik etməsi və ATƏT-in Minsk qrupundan rəsmi şəkildə imtina etməsindən gedir. Düşünürəm ki, Ermənistan bu istiqamətdə də nəhayət, müvafiq addımlar atacaq və nəticədə sülh sazişi imzalanacaq. Amma hətta indiki mərhələdə, yəni sülh sazişi olmadan belə, Zəngəzur dəhlizinin açılması prinsip etibarilə Ermənistanla bir çərçivə sazişi və ya niyyət protokolunun imzalanması üçün zəmin yarada bilər. Belə sənəddə Ermənistan üçün konstitusiya dəyişiklikləri və ATƏT-in Minsk qrupundan imtina öhdəlik kimi təsbit oluna və bu istiqamətdə konkret addımlar atıla bilər. Lakin real və davamlı sülhün əldə olunması üçün Ermənistanın Azərbaycanla bağlı ərazi iddialarının mövcud olduğu Konstitusiyasını dəyişməsi mütləqdir”.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600