Suriyanın taleyi bu iki dövlətin ƏLİNDƏ: Bölgədə böyük savaşın qaydaları DƏYİŞİR?
“Bu, Moskvaya Suriya üzərində təsirini bərpa etmək üçün yeni bir imkan yaradır”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı tarixçi-politoloq Patrik Uolş deyib.

O, Moskvanın Suriya ordusunun hərbi texnikalarına texniki dəstək verməyə başlamasının hansı siyasi nəticələri verəcəyi ilə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Suriya hökumətinin əsas problemi İsrailə qarşı hava müdafiəsidir.
“İsrail maraqlıdır ki, Suriya parçalanmış, disfunksional vəziyyətdə qalsın və bombardmanlara, işğallara qarşı həssas olsun. Suriyaya hava müdafiəsi təmin etməyə qadir və hazır olan yeganə dövlət Rusiya ola bilər.
Suriya bəlkə öz müdafiəsini Türkiyənin təmin etməsini üstün tutardı. Lakin Türkiyənin özü də Rusiya hava müdafiə sistemlərinə malikdir. Bu, Moskvaya Suriya üzərində təsirini bərpa etmək üçün yeni bir imkan yaradır. İsrailin hava qüvvələrinin yaratdığı təhlükə fonunda bu qaçılmaz idi.
Türkiyənin isə yalnız quru qoşun dəstəyi ilə əməliyyat aparması hava müdafiəsi olmadan mümkün deyil. Buna görə də, əgər Suriya yenidən birləşdirilməlidirsə, bu, çox güman ki, Rusiya və Türkiyə çərçivəsində həyata keçiriləcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












