İranın Hörmüz "intiharı": Boğazın bağlanması ölkə iqtisadiyyatını məhv edə bilər

media-hightechnic-468x90

Hörmüz boğazının bağlı qalması təkcə dünya üçün deyil, ilk növbədə İranın özü üçün ciddi iqtisadi faciə vəd edir.

media-banner_tuq

Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Hörmüz boğazının bağlı olması ikitərəfli təsir göstərir.

Ekspert boğazın bağlı qalmasını İranın özü üçün faciə kimi qiymətləndirib:

“Hörmüz boğazının bağlı olması ikitərəfli təsir göstərir. İran da bundan istifadə edib düşmənlərinə təzyiq göstərmək istəyir, amma İrana gələn məhsulların az qala 70-80%-i ordan gəlir. Bu belə davam edərsə İrana da məhsul gəlməyəcək, İran özü də məhsul sata bilməyəcək. Bu boğazın bağlı qalması dünya iqtisadiyyatına nə qədər təsir edirsə, İranın iqtisadiyyatına bir o qədər çox təsir göstərəcək. Sırf buna görə düşünürəm ki, boğazın uzun müddət bağlı qalması mümkün deyil. Çox güman ki, bir müddət sonra bu barədə müəyyən qərarlar alınacaq və ABŞ-İran danışıqlarında Hörmüz boğazı statusu da müzakirə ediləcək. Ən azından ona görə ki, Hörmüz boğazı tək enerji daşıyıcıları nöqteyi-nəzərindən yox, həm dünya loqistikası nöqteyi-nəzərindən də kifayət qədər əhəmiyyətli keçiddir və onun hüquqi statusu indiyə qədər müəyyənləşdirilməyib.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05