Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb

media-hightechnic-468x90

Bu günə qədər Azərbaycanda payızlıq taxıl sahələrinin 92 %-də biçin başa çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargah məlumat yayıb.

Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 %-də, arpa sahələrinin isə 95,6 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir.

Artıq 20 rayonda – Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşıb, respublikanın 22 rayonunda – Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05