!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

80 ildə bənzəri görünməmiş QƏLƏBƏ: “Bu, unikal bir hadisədir”

!Reklam – Yazi

“Prezidentin söylədiyi fikirlər tamamilə doğrudur. İkinci Dünya müharibəsindən sonra dünyada bir çox münaqişələr baş verib və işğal faktları qeydə alınıb. Lakin onların böyük əksəriyyəti işğala məruz qalmış ölkənin yalnız öz gücü hesabına həll olunmayıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Analitik İkinci Dünya müharibəsindən sonra Azərbaycanın tam qələbə ilə müharibəni başa vuran yeganə ölkə olması haqqında fikirlərini bölüşüb.

Xatırladaq ki, Ağdərə rayonunun Suqovuşan qəsəbəsində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev bu barədə deyib ki, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb.

Onun sözlərinə görə, bu məsələlər ya yarımçıq qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib.

Mövzunu şərh edən O. Qasımov söyləyib ki, Əfqanıstanda Sovet qoşunlarının çıxarılması beynəlxalq geosiyasi proseslərin nəticəsi idi.

“Vyetnam müharibəsi də xarici yardımların hesabına sona çatdı. Burada Vyetnam xalqının mübarizəsinə kölgə salmaq niyyətimiz yoxdur, lakin əsas məqam odur ki, bir dövlətin işğaldan tamamilə öz gücünə azad olması nadir hallarda rast gəlinən haldır”, – deyə o, söyləyib.

Həmsöhbətimiz xatırladıb ki, eyni nümunəni 1990-cı ildə İraqın Küveyti işğalı zamanı da gördük:

“O zaman Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiya İraq ordusunu Küveytdən çıxardı. Keçmiş postsovet məkanında baş verən münaqişələrin kimlər tərəfindən yaradıldığını və bu problemlərin arxasında hansı güclərin dayandığını hər kəs yaxşı bilir. Azərbaycan isə beynəlxalq güclərin təsirindən kənar qalaraq öz ərazi bütövlüyünü bərpa etməyi bacardı. Bu, unikal bir hadisədir. Şübhəsiz ki, Azərbaycanın öz torpaqlarını azad etməsi son 80 ildə bənzəri olmayan bir hadisə kimi tarixə düşüb”.

Rafi Müslümov

www.yenicag.az

85
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv