82 yaşlı kraliça tvit atdı
Britaniya kraliçası II Yelizaveta ilk tvitini London Elm Muzeyində informasiya texnologiyalarına həsr olunmuş yeni qalereyanın açılışında göndərib.
Kraliça planşet-kompüterində bu sözləri yazıb: “Elm muzeyində “Texnologiyalar erası” sərgisinin açılışı barədə sevinclə xəbər verirəm və ümid edirəm ki, onu ziyarət edənlər məmnun olacaqlar”.
Tvit elm muzeyinin akkauntundan göndərilib və minlərlə oxucu tərəfindən paylaşılıb.
Açılışı 15,6 milyon funt sterlinqə başa gələn və daimi ekspozisiyasına 800 eksponatın daxil olduğu muzeyin yeni qalereyası son 200 ilin kommunikasiyaları tarixinə həsr olunub.
“İnformasiyalar erası” adlı sərgi dünyanı dəyişən və insanları informasiya cəmiyyətinə çatdıran altı növ rabitə vasitəsinə – teleqraf, analoqlu telefoniya, radio və teleyayım, peyk, kompüter və mobil telefonlara həsr edilib. (azertag.az)