!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanımların nəzərinə! Bu firmanın malları yararsız çıxdı

!Reklam – Yazi

BeautyCare-Brochure-TitleStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 13 ünvanında yerləşən “Beauty Care” MMC-də standartların tələblərinə riayət olunmasına dair dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, müəssisədə sterilizasiya rejiminin qeydiyyatı düzgün aparılmır və sterilizasiya ilə məşğul olan personal xüsusi kurslar keçməyib. Həmçinin müəssisədə məhsulların üzərindəki etiketlərin, onlardan istifadə qaydaları barədə izahat  vərəqələrinin Azərbaycan dilinə tərcümə edilmədiyi, satılan mallardan 92 ədəd “Cliven ” nişanlı uşaqlar üçün köpüyün, 6 ədəd “Quictan” nişanlı saç lakının, 12 ədəd “Cliven” nişanlı köpüyün, 34 ədəd “Cliven” nişanlı bədən nəmləndiricisinin, 2 ədəd “Montale Mango” nişanlı ətirin yararlılıq müddətinin bitdiyi, istismar olunan 6 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi faktları aşkar edilmişdir.

Habelə müəssisədə satışı və istifadəsi həyata keçirilən külli miqdarda “Filorga” nişanlı serumların, kremlərin (gecə kremləri), skrabların “Swiss smile” nışanlı dişlər üçün ağardıcı vasitələrin, dodaqlara baxım vasitələrinin, diş pastasının, “qızıl diş pastası”nın, diş fırçalarının, dişlərin müalicəsi üçün istifadə olunan vasitələrin “Bioptic”  nişanlı makiyaj silmək üçün istifadə olunan vasitələrin, qaşların bərpası üçün istifadə olunan vasitələrin, göz altı üçün qidalandırıcı maskanın, yorğun gözlərin müalicəsi üçün istifadə olunan kapsulların, sakitləşdirici losyonların “SupReme DHF. Age” nişanlı kremlərin, “Forlled” nişanlı kremlərin, “Hydra Clinic” nişanlı nəmləndirici kremlərin, maskaların, bərpaedici kremlərin, nəmləndirici losyonların; “Energy Lift” nişanlı maskaların, “Feminity” nişanlı nəmləndirici maskaların; “Fath De Fath””Jovoy” nişanlı ətirlərin “CNR Create” nişanlı ətirlərin “Guam”, “Dermapura” nişanlı toniklərin, skrabların, kremlərin, serumların, maskaların “Kayliss” nişanlı maskaların, lakların, gellərin, “lash food” nişanlı tuşların”lash care” nişanlı makiyaj silmək üçün vasitələrin (60ədəd), “Darphin” nişanlı kremlərin, “RefectoCil” nişanlı qaş üçün boyaların,göz altı kremlərin, qaş üçün oksidantların, “Teenager” nişanlı şampunların, saça qulluq vasitələrinin, “İcolori”, “Kaycolor”, “Kay Tone” nişanlı saç boyalarının,oksidantların,”Color mask” nişanlı rəngli spreylərin, rəngli lakların, toniklərin”Argan Treasure” nişanlı spreylərin, şampunların, “Tsubaki” nişanlı saç üçün vasitələrin, “iden” nişanlı balzamların, saç üçün maskaların”cliven” nişanlı şampunların,vanna üçün köpuklərin “Hemporium” nişanlı epiliyasıya üçün yağların”color &co”nişanlı saç boyalarının, şampunların “Jessica”, “Nail Plus” nişanlı dırnaq boyalarının,dırnaq boyasını silmək üçün istifadə olunan vasitələrin “Lux Hair”, “Kaye X Tension” nişanlı pariklərin uyğunluq sertifikatları yoxlamaya təqdim olunmayıb.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.

 

www.yenicag.az

988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv