!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

87 uşaq zəhərləndi - Bağçada

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskva şəhərində uşaq bağçalarından daha birində xoşagəlməz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, bu dəfə uşaq bağçalarından birində 87 uşağın zəhərləndiyi bildirilir.

Belə ki, nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Bu üzdən həmin uşaqların valideynləri dərhal onları bağçadan götürməyə gedib.

Övladlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər.

Baş verən hadisədə uşaqlara yemək gətirən qida kombinatı şübhəli bilinir.

Xatırladaq ki, bir neçə gün öncə Moskvadakı uşaq bağçalarından birində azərbaycanlı 4 yaşlı qız soyuqdan donaraq ölmüşdü.

www.yenicag.az

7106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv