Türk Polisindən gizli Gülən hesabatı – “Müridlər özlərini gizlətmək üçün…”

gulen-670Türkiyədə seçkidə özünün qələbə çaldığı görüntüsü vermək istəyən Goülən Şəbəkəsi seçki öncəsi müttəfiqlərindən ard-arda zərbə yeməkdədir. Belə ki, seçki öncəsi bərabər mübarizə apardığı siyasi partiyalar artıq öz oyunlarını oynadıqlarından Gülənin məsləhətləri və mesajlarına baxan yoxdur. Fəqət Türk polisi ciddi şəkildə Gülən Şəbəkəsi ilə bağlı çalışmaqdadır.

Belə ki, Türkiyə polisi Ankara Cümhuriyyət Baş Prokurorluğuna “Fətullah Gülən Camaatı” ilə bağlı 52 səhifəlik “Gizli” hesabat göndərib. ‘’Fətullahçı Terror Örgütü-Paralel Dövlət Şəbəkəsi’’ FETÖ/PDY adlanan hesabatda çox maraqlı məlumatlar yer alıb.

Hesabat Gülən Şəbəkəsinin daha çox daxili sistemi ilə əlaqədardır. Camaat mənsublarının öz həyat yoldaşlarını belə rəsmli kataloqdan seçdiyinə diqqət çəkilən hesabatda üzvlərin ciddi andiçmə prossesindən keçdiyi bildirilir.

Örgütdən gələn əmrlərin udulması rahat olan kiçik kağızlara yazıldığı hesabatda, dünyəvi kəsimin üstünlük təşkil etdiyi yerlərdə müridlər özlərini gizlətmək üçün top saqqal buraxıb, qulaqlarına sırğa taxdıqları vurğulanır.

Camaat imamlarının “Atatürk öldü, Gülən anadan oldu” təbliğatı apardıqları, Hərb Məktəbindən məzun olan bir sıra camaatçı zabitlərin şəxsən Gülən tərəfindən qəbul olunduqları hesabatda yer alır.

Gülən Şəbəkəsi haqqında “Pensilvaniya örgütü” ifadəsinin də işlənildiyi hesabatda,örgütün Gülənə simpatiya bəsləyən insanlardan özünün tanıtımında istifadə etdiyi, gizli şəbəkəsi, kiçik kağızlar vasitəsilə xəbərləşməsi, kod adından istifadəsi kimi terror örgütlərinin taktikasından istifadə etdiyi bildirildi.

“Feto / PDY”də Gülənin verdiyi qərarları müzakirə etmək imkansızdır və buna cəhd edən şəxs əzilir. Gülən başda olmaqla əsas idarəçilərin təlimatlarına müqəddəslik görüntüsü verilir. Gülən başda olmaqla şəbəkə liderləri xalqa xitab edərkən, mülayim görünüşdə olurlar. Ancaq şəbəkə içində ağır bir hərbi rejim hökm sürməkdədir. Örgüt içində cəza və mükafat sistemi tətbiq olunmaqdadır”.

Hesabatda Şəbəkənin İdarəetmə, Polis, Ordu və Məhkəmə sistemi kimi strateji qurumlar üçün hazırlanan şagirdləri xüsusi olaraq hazırlaşdırdıqları, hətta polis və hərbi məktəblərə girəcək şagirdlərin camaatın hazırlıq kurslarında əsl adları ilə qeydiyyatdan keçirilmədikləri qeyd olunub.  Test suallarının imtahandan öncə öz adamlarına verilməsinə “Fətih oxumaq” deyildiyi də hesabatda yer alıb. “Fətih oxumaq” imtahanda çıxacaq sualların şagirdlərə verilərək, əzbərlədilməsinə deyilir.

Yenicag.az

belge-ic