89 min nəfərdən 58 mini tələbə oldu - RƏQƏMLƏR
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Yenicag.az-ın məlumatına görə, Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.
Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.