9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ

media-hightechnic-468x90

2025-2026-cı tədris ili üzrə “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyata start verilir.

Yenicag.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayül siniflər şagirdlərin nəzəri biliklərini dərinləşdirməklə yanaşı, bu biliklərin praktikada tətbiqinə, informasiya texnologiyaları sahəsində ixtisaslaşmağa, əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasına zəmin yaradır.

Qeyd edək ki, bu təmayül siniflərin şagirdlərinə İnformatika fənni həftədə 5 dəfə tədris edilir və bununla da onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını inkişaf etdirirlər.

Qeydiyyat 7 may tarixinə qədər http://digitalskills.edu.az platforması vasitəsi ilə həyata keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600