9 yaşlı oğlan 7 yaşlı qızı güllələyib – Azərbaycanda

Biləsuvarda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Günəşli kəndində 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızı qohumu tərəfindən güllələnərək öldürülüb.

Hadisəni törədən şəxs S. Qasımovanın qohumu, 2008-ci il təvəllüdlü Bəxtiyar Rafiq oğlu Gözəlovdur.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Ov tüfəngi ilə ehtiyatsız davranan 9 yaşlı R. Gözəlov S. Qasımovaya atəş açaraq öldürüb.

Hadisə yerində Biləsuvar rayon prokurorluğunun əməkdaşları çalışır.(APA)

Yenicag.az

COP29