Mirzoyanın SÜLH ÇAĞIRIŞI: Gerçək addım, yoxsa NƏBZ YOXLAMASI?

media-hightechnic-468x90

“Paşinyan hökuməti daxildə ciddi təzyiqlərlə üz-üzədir. Sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələr hələ də aktivdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

media-img-20241017-wa0038

O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbərlər ola bilər” bəyanatını şərh edib.

Politoloq bildirib ki, Mirzoyanın sülh müqaviləsinin tezliklə imzalanacağı ilə bağlı açıqlaması özlüyündə müsbət və ümidverici bəyanatdır:

“Lakin hər zaman dediyimiz kimi, sözün arxasında əməl dayanmalıdır. Ermənistan dəfələrlə verdiyi vədlərə əməl etməyib, sözdə bir cür danışıb, əməldə tamamilə fərqli hərəkət edib. Bu səbəbdən, hər nə qədər Mirzoyanın açıqlaması müsbət səslənsə də əsas olan real addımların atılmasıdır”.

Onun sözlərinə görə, Paşinyan hökuməti daxildə ciddi təzyiqlərlə üz-üzədir:

“Sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələr hələ də aktivdir. Mirzoyanın bu açıqlamasını həm də bəzi dairələrin bunu necə qarşılayacaqları nəbzini yoxlamaq üçün atılmış addım kimi də qiymətləndirmək olar. Lakin nə olur-olsun, əgər sülh istəyirlərsə əməli addımlar atmalıdırlar”.

“Dəfələrlə dediyimiz kimi Ermənistan üzərinə düşən öhdəlikləri və tələblərimizi yerinə yetirməlidir. Azərbaycana qarşı ərazi iddiaları əks olunan konstitusiyaya isə düzəliş etməlidirlər. Yalnız bu zaman Mirzoyanın açıqlamasının səmimi və real niyyətin ifadəsi olduğunu demək olar”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600