Reklam: High Technic
hightechnic

90 yaşlı qadın mina ilə polis idarəsinə girdi - Suvenir kimi istifadə edib

Almaniyanın Leverkuzen şəhərində qəribə hadisə baş verib.

Yenicag.az xəbər verir ki, zənbilində sovet artilleriya minası olan almaniyalı 90 yaşlı pensiyaçı qadın polis məntəqəsinə gəlib.

Sözügedən minanı 1943-cü ildə bu qadının həyat yoldaşı cəbhədən qayıdanda özü ilə gətirib. Bütün bu illər ərzində döyüş sursatı evdə – yazı masasının üstündə suvenir kimi saxlanılıb. Ərinin ölümündən sonra bu “suvenirdən” canını qurtarmaq istəyən qadın onu zənbilə qoyaraq polis məntəqəsinə gətirib.

Bölmədəkilər təcili olaraq təxliyə edilib. Buraya çağırılan istehkamçılar tam saz vəziyyətdə olan qumbaranı zərərsizləşdiriblər.

www.yenicag.az

4181