Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilər - ADLAR
Ermənistan Müdafiə Nazirliyi öldürülən erməni hərbi qulluqçularının adlarını açıqlayıb.
– Hayk Gevorqyan (baş leytenant)
– Koryun Harutyunyan (əsgər)
– David Koçaryan (əsgər)
***
***
Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
Yenicag.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.