3 gün gözlədiyi təyyarə reysini qaçıran sərnişin dava saldı və həbs edildi

media-hightechnic-468x90

Hava limanında öz reysini gözləyən sərnişin 3 gün sonra uçmaq imkanını itirdikdən sonra insident yaradıb.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanından Yakutiyaya uçmalı olan naməlum sərnişin 3 gün gözləmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, sərnişin bu qədər gözlədikdən sonra havaya qalxan təyyarəni öz səhlənkarlığı səbəbindən qaçırıb və qəzəblənərək hava limanı əməkdaşlarına hücum çəkib.

Sərnişini sakitləşdirə bilməyən əməkdaşlar onu polis vasitəsilə “zərərsizləşdirməyə” nail olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600