PKK illəti BİTDİ – “Proses Türkiyənin hərbi uğuru ilə nəticələndi”

media-hightechnic-468x90

“PKK-nın silahı yerə qoyması Türkiyənin qələbəsidir”.

Bu fikirləri Yenicag.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat bu gün PKK terror təşkilatının silahı rəsmən yerə qoyaraq fəaliyyətini dayandırmasını şərh edərək qeyd edib ki, PKK uzun illərdir fərqli ölkələrin Türkiyəyə qarşı istifadə etdiyi maşa rolunu oynayırdı:

“PKK 40 ildən çoxdur Türkiyənin ərazi bütövlüyünə qarşı mübarizə aparan və Türkiyədə etnik qarşıdurma yaratmağa çalışan terror təşkilatı idi. Türkiyəni sevməyən xarici qüvvələr, o cümlədən Türkiyənin NATO müttəfiqi olan bəzi dövlətlər tərəfindən ciddi dəstək almaqla bu və ya digər adlar altında fəaliyyət göstərirdi. Fəaliyyət arealı müxtəlif adlar altında Suriyadan, İrandan başlamış Livana, İraqa qədər uzanan coğrafiyada həyata keçirilirdi. Ona görə də bu terror təşkilatına qarşı mübarizə aparmaq çox çətin idi. Çünki onlar ən müxtəlif məqsədlər üçün ən müxtəlif ölkələrin maşası kimi çıxış edirdilər”.

H. Babaoğlu əlavə edib ki, Türkiyə dövləti uzun illərdir şanlı mübarizə apararaq dövlət iradəsini ortaya qoymaqla PKK-ya ölümcül zərbə vurdu:

“PKK-nın gücünü tükəndirdi. Onları dəstəkləyən qüvvələrin iradəsini sındırmağı bacardı. Nəticədə artıq fiziki baxımdan məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu təşkilat özünü buraxmalı oldu. Düşünürəm ki, bu qəhrəman türk ordusunun böyük nailiyyətidir. Məsələ ondadır ki, PKK ən çox adından çıxış etdiyi Türkiyədə yaşayan kürd qardaşlarımızın da probleminə çevrilmişdi. Ən böyük ziyanı da elə mənsub olduğu Türkiyə Cümhuriyyəti vətəndaşları olan dinc əhaliyə vurmuşdu”.

Deputat prosesin Türkiyənin hərbi uğuru ilə nəticələndiyini xüsusi qeyd edib:

“Prosesin bu cür başa çatdırılması Türkiyənin qələbəsidir. Şübhəsiz ki, terrora qarşı mübarizə təkcə hərbi vasitələrlə aparılmır, həm də böyük iqtisadiyyat və maliyyə tələb edir. Beynəlxalq terror təşkilatına qarşı mübarizə vaxtaşırı həm qonşu ölkələrlə Türkiyə arasında qarşıdurmaya səbəb olurdu, həm də Türkiyənin büdcəsinə böyük maliyyə itkisinə gətirib çıxarırdı. Bütün bunlardan Türkiyə xilas olmağı bacardı və əminik ki, bundan sonra qardaş Türkiyə regionda enerjisini daha dərin sülhün və qardaşlığın inkişafına sərf edəcək”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600