Yaqub Zurufçunun SON DURUMU: Süni tənəffüs aparatına qoşulub - AÇIQLAMA
Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Yenicag.az-a bildirib ki, Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, – deyə Emil Qasımov qeyd edib.