Pompey tarixinə işıq salacaq YENİ KƏŞF - FOTOLAR

media-hightechnic-468x90

İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılarda 3 nəfərin qalıqları tapılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, tapılan skelet qalıqlarının eramızın 79-cu ilində Vezuvi dağında baş verən böyük partlayışda ölənlərə məxsus olduğu təsbit edilib.

Sözügedən skelet qalıqları Pompeydə baş vermiş böyük partlayışdan sonra lava, kül və torpaq qatlarının altında qalıb.

Məlumatda tapılan skelet qalıqlarının ikisinin qadın və 3-4 yaşlı uşağa aid olduğu qeyd edilib.

Neapol yaxınlığında yerləşən qədim Pompey şəhəri hər il minlərlə turistin ziyarət etdiyi yerlərdən biridir. Yeni kəşf bu şəhərin tarixinə bir daha işıq salacaq.

Sadiq Cavadov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600