AB Kiyevə silah üçün 900 milyon avro ayırır

media-hightechnic-468x90

Avropa Birliyi 2025-ci ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən Kiyev üçün silah və sursat almaq məqsədilə 900 milyon avro ayırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu AB-Ukrayna hərbi əməkdaşlığına dair konfransda AB-nin müdafiə üzrə komissarı Endryu Kubiliyus deyib.

“AB ilin sonuna kimi Kiyev üçün sursat və silahların alınması üçün daha 900 milyon avro ayıracaq”, – o bildirib.

Kubiliyus xatırladıb ki, AB diplomatik xidmətinin rəhbəri Kaya Kallas mayın 9-da Lvovda Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacağını vəd edib və bu pulların müxtəlif PUA istehsalına yönəldiləcəyini vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa