AB rəsmiləri həbsxanada İmamoğlu ilə görüşdü
Avropa Birliyinin (AB) nümayəndə heyəti Silivridə həbsxanada olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu ziyarət edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkikyə mediası məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinin arasında Avropa Parlamentinin sədr müavini Katerina Barli də olub.
Nümayəndə heyəti “siyasi məhbuslar”ın azad edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarılıb.