Abdulkadir Selvi: “Azərbaycan Cənubi Qafqazın yüksələn ulduzudur”
“Türkiyə-Azərbaycan münasibətləri iki qardaşın bir-birinə yaraşan münaisbətləridir”.
Bunu Yenicag.az-a videomüsahibəsində “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”nda iştirak edən “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan münasibətləri qardaşlıq səviyyəsindən strateji, iqtisad, diplomatik və hərbi iş birliyinə çevrilib:
“Ona görə ki Azərbaycan Cənubi Qafqazın yüksələn ulduzudur. Türkiyə də bölgənin və dünyanın inkişaf etmiş ölkəsidir. Bunun üçün də münasibətlərini yeni bir mərhələyə daşımalıyıq ki, hazırda bu həyata keçirilir”.
Daha ətraflı videomaterialda:
Rafi Müslümov
Samir Məcidov