!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdullah Ərənə Xarı Bülbüllü “Qardaş Təşəkkürü” təqdim edildi - FOTO

!Reklam – Yazi

İkinci Qarabağ Savaşı sırasında Azərbaycana dəstək verən türkiyəli media rəhbərləri və tanınmış şəxslərlə görüşlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Türkiyə Evi (ATEV), “Yeni Çağ” Media Qrupu və “Diasporpress” saytının təşkil etdiyi növbəti görüş Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən ilə keçirilib.

Görüşdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və ATEV-in icraçı direktoru Toğrul Allahverdili iştirak ediblər.

YTB sədri ilə görüşdə müxtəlif məsələlər ətrafında müzakirələr, iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Abdullah Ərənə Azərbaycan bayrağı və Xarı bülbüllü təşəkkür plaketi verilib.

Görüş ilə bağlı rəsmi “Twitter” hesabından paylaşım edən Abdullah Ərən, “Can Azərbaycan mediası ilə Türkiyə-Azərbaycan münasibətləri və YTB-nin prosesə qatqıları haqqında müzakirə apardıq.

YTB-yə Qarabağ Zəfərinə aparan yoldakı dəstəklərinə görə verilən plaket üçün həmkarlarım adına təşəkkür edirəm.

Var olsun Türkiyə!
Var olsun Azərbaycan!” – deyə bildirib.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv