!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abonentlərə xəbərdarlıq mesajları göndərildi - "Azəriqaz" SƏBƏBİNİ AÇIQLADI / FOTO

!Reklam – Yazi

Bu gün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əksər abonentlərə göndərilən mesaj çaşqınlıq yaradıb. Belə ki, göndərilən mesajda abonent kodu üzrə qaz sayğacının xətaları AiBNDX-nin təyin etdiyi normadan yuxarı olduğu üçün uçotu qeydə alınmayan qaz həcminin müəyyən edildiyi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, bu cür mesaj alan abonent yerli qaz xidməti sahəsindən əlavə məlumat ala bilər.

Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, abonentlərə göndərilən mesaj qaz sayğacının dövlət yoxlamasından keçdiyini göstərir:

“Sözügedən mesajın səbəbi odur ki, sayğac Dövlət yoxlaması xidmətinə göndəriləndən sonra sayğacın xəta hədləri təyin olunur. Əgər sayğacın göstəriciləri təsdiq olunmuş həddən yüksək olarsa, bu halda abonentə xəbərdarlıq xarakterli mesaj göndərilir. Yəni, göndərilən mesaj sayğacın dövlət yoxlamasından keçdiyini göstərir və nəticələri barədə məlumat verilir. Daha sonra isə hesabata baxılacaq”.

Gülşən Şərif

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv