Abramyan: Bakı sülh sazişindən bu müzakirəni çıxartdı

media-hightechnic-468x90

Əsas problemimiz odur ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı konsensusa malikdir. Azərbaycanın dərc etdiyi beş prinsip və Ermənistanın əlavələri göstərir ki, sülh müqaviləsinin bağlanması Bakı üçün danışıqların uğurla başa çatması deməkdir.

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Çünki danışıqların aparıldığı və açıq şəkildə deyilənlərin heç biri Ermənistanın maraqlarını əks etdirmir. Öz müqəddəratını təyinetmə hüququ danışıqlardan çıxarılıb. Bu, artıq onu göstərir ki, ermənilərin heç bir müsbət gözləntiləri ola bilməz və Qarabağın Azərbaycanın nəzarətinə keçməsi İrəvan hakimiyyətini xüsusi qıcıqlandırmır”, – o bildirib.

Abramyan qeyd edib ki, danışıq sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunur:

“Amma Rusiya da bu prosesdən kənarda qalmayıb. Bölgəmizdəki proseslərə nəzarəti ələ keçirməklə bağlı Qərblə Rusiya arasında dərin qarşıdurma var. Rusiya iştirakını təmin edir, lakin 4-6 aydan sonra nə olacağını demək çətindir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05