ABŞ azərbaycanlı iş adamına sanksiya tətbiq etdi - SƏBƏB

media-hightechnic-468x90

ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanın bir neçə tanınmış oliqarxlarının lüks aktivlərinə, o cümlədən Prezident Putinin tərəfdaşlarına məxsus bir neçə yaxtaya, təyyarəyə və ABŞ sanksiyalarından yayınmağa çalışan “lüks aktivlərin idarə edilməsi və xidmət şirkətlərinə” qarşı yönəlib.

Sanksiyalar siyahısına ABŞ Dövlət katibi Entoni Blinkenin “Avropanın ən zəngin adamlarından biri və bir neçə rus məmurunun yaxın adamı” adlandırdığı iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adı daxil edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600