Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ bu şərtlərlə Türkiyəni F-35 proqramına qaytara bilər - Administrasiya

ABŞ administrasiyası Türkiyənin 5-ci nəsil “F-35” bombardmançı-qırıcı təyyarələrin istehsalı proqramına qaytarılmasının mümkünlüyünü bir daha nəzərdən keçirə bilər. Bunun üçün Ankara Rusiyadan əldə olunmuş “S-400” zenit-raket komplekslərindən “qurtulmalıdır”.

Yenicag.az xəbər verir ki, belə bir açıqlama ilə Pentaqonda jurnalistlər üçün keçirilmiş brifinqdə müdafiə naziri Mark Esper çıxış edib.

“Mən bu barədə türkiyəli həmkarlarla əlaqə zamanı həm şəxsi, həm də ictimai qaydada çox aydın şəkildə bildirmişəm: ya “F-35”, ya da “S-400”. Hər iki silahlanma bir arada ola bilməz. Onlardan birini qarajda saxlayıb, digərini istifadə etmək olmaz. Ya bu birisi, ya da digəri”, – Esper belə deyib.

Amerikalı nazir onu da əlavə edib ki, Ankara “S-400”-lərdən tam imtina edərsə, Vaşinqton Türkiyənin “F-35” istehsalı proqramına yenidən cəlb olunması məsələsini gözdən keçirə bilər:

“Təkrar edirəm: Türkiyə hökuməti “S-400” proqramından tam imtina etməlidir, yalnız bundan sonra biz bu məsələyə yenidən baxa bilərik”./APA/

www.yenicag.az

5207
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM