ABŞ-da iki təyyarə toqquşdu

media-hightechnic-468x90

ABŞ-ın Nyuark şəhərinin hava limanında iki təyayrə toqquşub.

Yenicag.az xəbər verir ki, hərəkətdə olan təyyarə qanadları ilə park olunmuş digər təyyarəyə dəyib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hərəkətdə olan təyyarə park olunmuş digər təyyarəyə dəyib.

Hava limanının “Tvitter”dəki rəsmi səhifəsində deyilir ki, hadisə yerli vaxtla səhər saat 07:00 radələrində baş verib: “Southwest Airlines” aviaşirkətinin sərnişinləri digər reyslərə yenidən qeydiyyatdan keçiriləcəklər”.

Hadisənin səbəbləri məlum deyil. Hava limanı hava şəraitinin əlverişsiz olması ilə bağlı sərnişinləri gecikmələr barədə xəbərdar edib./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600