ABŞ-dan Azərbaycanla bağlı İŞİD hesabatı
Son dövrlərdə ABŞ-la Azərbaycan arasında soyuq rüzgarlar əssə də, görünən odur ki, terror qarşı mübarizədə müttəfiqlik davam edir. Belə ki, ABŞ Dövlət Departamentinin “2014-cü il – Terrorçuluğa qarşı mübarizə” Hesabatının “Azərbaycan” fəslində ölkəmizlə bağlı müsbət cümlələrə yer verilir. Hesabatda daim tənqid olunan Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdir olunur:
“Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan aktiv surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin daşınmasına cəhd göstərən terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasında iştirak edir. Azərbaycan özünün antiterror səylərini müvafiq əməllərdə ittiham olunan şəxslərin hüquqi çərçivədə təqib olunması, mühüm sayda qeyri-leqal silah və sursatın müsadirəsi, habelə xarici ölkələrdə terrorçu qismində vuruşmuş şəxslərin geri qayıtdıqdan sonra həbsi məsələlərinə yönəldib. Azərbaycan özünün antiterror qanunvericiliyində müvafiq dəyişikliklər edərək xarici ölkələrdə terror birliklərinin tərkibində vuruşma hallarına qarşı cəza tədbirləri gücləndirmişdir.
Azərbaycan İŞİD-ə qarşı mübarizədə də öz iradəsini göstərmişdir. Müvafiq iradə informasiya mübadiləsi və xarici terrorçuların İraq və Suriya ərazisinə yollanmasının qarşısının alınması, həmin ərazidə ekstremizmin dəstəklənməsi hallarının mliyyələşdirməsi və qarşısının alınması müstəvisində özünü biruzə verib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərləri kimi mühüm təsir imkanlarına malik fiqurlar İŞİD ideologiyasına qarşı açıq mövqe tutub”.
Hesabatın “Qanunvericilik, hüquq-mühafizə və sərhəd təhlükəsizliyi” bölümündə isə MTN və DİN-lə bağlı aşağıdakı fikirlər səsləndirilir: “Terrorçuluğa qarşı mübarizədə əsas məsul qurum Milli Təhlükəsizlik Nazirliyidir. Daxili İşlər Nazirliyinin də ölkənin əsas hüquq-mühafizə orqanı kimi bu səpkidə rolu vardır. Hər iki nazirlik terrorçuluğa qarşı səmərəli mübarizə imkanları (terror fəaliyyətlərinin ifşa edilməsi və qabaqlanması) nümayiş etdiriblər.
Səlahiyyətli orqanlar ölkəyə giriş limanlarında axtarışda olan şəxslərin siyahıları üzrə səmərəli iş və bioqrafik/biometrik məlumatların istifadəsi sahəsində imkanlarını nümayiş etdiriblər.
2014-cü il ərzində antiterror tədbirləri çərçivəsində nəzərəçarpacaq tədbirlər aşağıdakılar olublar:
- 20 iyun tarixində MTN bəyanat yaydı ki, Badamdar adlanan ərazidə 18 ekstremist yaxalanıb. Bildirildi ki, radikal təmayllü müvafiq şəxslər Suriyaya səfər niyyətlərinə malik olublar
- 23 sentyabr tarixində MTN bəyanat yaydı ki, Azərbaycandan kənarda xarici terrorçu döyüşçü qismində vuruşmuş, əksəriyyəti Suriya və İraqdakı İŞİD birliklərinə bağlı olan 26 şəxs həbs edilib.
- 01 dekabr tarixində səlahiyyətli qurumlar tərəfindən Bakı məscidlərindən birinə olan hücumun ardınca antiterror əməliyyatı həyata keçirənlərdən birinin Suriyada İŞİD-ə qarşı vuruşmuş Kürd silahlıları ilə əlaqəli şəxs olduğu bildirildi”.
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə də Azərbaycanın aktivliyinə diqqət çəkilir: “Azərbaycan MONEYVAL-ın üzvüdür. 2009-cu ildən etibarən Azərbaycan çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və mübarizə peşəkarlığınıartırıb. Ölkədə Maliyyə Monitorinqi Xidməti təsis elilib, şübhəli maliyyə əməliyyalarının müəyyənləşdirilməsi və məruzə edilməsi ilə bağlı maliyyə institutlarının üzərinə öhdəliklər qoyulub. Formal maliyyə sektorundan kənardan fəaliyyət göstərməklə maliyyə əməliyyatları həyata keçirən institutlara məruzə təqdim edilməməsi ilə bağlı öhdəliklərin qoyulmaması, risk potensialı yaradır.
Ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan MONEYVAL-ın çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində tövsiyyələrinin icrasını davam etdirir. ABŞ Maliyyə Monitorinqi Xidmətinin əsas tərəfdaşlarından biridir. Müvafiq tərəfdaşlıq texniki yardım və təlim komponentləri ilə xarakterizə olunur. USAİD təşkilatı da əvvələr bu təşəbbüsləri dəstəkləyirdi”.
Azərbaycanın ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatların fəal üzvü olduğunun vurğulandığı yazıda ölkənin antiterror məsələlərində NATO ilə əməkdaşlığı davam etdirdiyi bildirilir: “Azərbaycan Xəzəryanı Dövlətinin işçi qrupları vasitəsilə terrorçuluğa, qaçaqmalçılığa, narkotik vasitələrinqanunsuz dövriyyəsində qarşı mübarizədə hüquq-Mühafizə səylərinin əlaqələndirməsində də iştirak edir”.
Radikalizm və zorakı ekstremizmə qarşı mübarizə sahəsindəki işlər isə hesabatda bu şəkildə öz əksini tapıb: “Sünni Sələfi elementlərinin artması, həmçinin bir çox Azərbaycan vətəndaşlarının Suriya və İraqda Döyüşlərdə iştirakı ilə bağlı məlumatlar fonunda ölkə rəsmiləri tərəfindən radikalzm və zorakı ekstremizm hallarının qabaqlanması istiqamətində təşəbbüslər həyata keçirilib. Bu müstəvidə, xüsusən məscidlərin daxilində kameraların quraşdırılması lə nəzarət işinin qüvvətləndirilməsi, sələfi din xadimlərinin loyal kadrlarla əvəzlənməsi, sələfilərin məscidlərdə rəhbər mövqelərin tutulmasının qadağan, ekstremizmi təbliğ edən ədəbiyyatların yayılması, dövlət televiziyası üzərində nəzarət tədbirlərinin həyata keçirilməsi qeyd edilə bilər.
Bu metodlar bəzi hallarda zorakılığa təhrik edən şəxslərlə, zorakılığı rədd edən, lakin müxtəlif siyasi hərəkatların fəlsəfi hədəflərinə rəğbətlə yanaşan insanların fərqləndirilməsinə maneə yaradır. Bundan əlavə, hökumət liderləri mütəmadi olaraq radikalizmə qarşı bəyanatlarla çıxış edir tez-tez xüsusənradikal qrupların siyasi təsirinə qarşı mübarizə aparmaq və bu subyektlərin maliyyə dəstəyini sarsıtmaqla bağlı vədlər verirlər”.
Azerinfo.org