Yaponiya tarixində ilk "birinci cənab" - FOTO

media-hightechnic-468x90

Yaponiya tarixində ard-arda ilklər yaşanır.

Yenicag.az xəbər verir ki, Sanae Takaiçi ölkənin ilk qadın baş naziri seçilib.

Onun baş nazir olması ölkədəki “birinci xanım” statusunu dəyişib. Belə ki, “japantimes”ın məlumatına görə, Takaiçinin həyat yoldaşı Taku Yamamoto ölkənin “birinci cənab”ı olub.

73 yaşlı Yamamoto açıqlamasında həyat yoldaşının baş nazir seçilməsindən “rahatlıq” hiss etdiyini bildirib. O deyib ki, bundan sonra bir-birlərinin sağlamlığına daha çox diqqət göstərəcəklər. “Mən onu səssiz, “görünməz” bir ər kimi dəstəkləyəcəyəm,” – deyə Yamamoto əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa