ABŞ-dan Türkiyəyə F-35 satışı ilə bağlı açıqlama

media-hightechnic-468x90

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi Türkiyəyə F-35 satışı ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, Kirbi, ABŞ-ın Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsinə görə Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı hələ də problem yaşadığını bildirib.

Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Ankaranın yenidən F-35 proqramında iştirakının mümkün olduğunu da bildirib.

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600