!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Türkiyəyə skandal təklif

!Reklam – Yazi

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-lı həmkarı Mattis ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Canikli görüşdən sonra jurnalistlərə açıqlama verib. Bildirib ki, Mattis onun qarşısında qeyri-adi təkliflə çıxış edib. Belə ki, ABŞ-ın müdafiə naziri YPG-ni PKK-ya qarşı qızışdıra biləcəklərini söyləyib. Canikli isə əsaslı dəlillər gətirərək, YPG-nin onsuz da PKK olduğunu növbəti dəfə sübuta yetirib.

“Bunun rasional bir təklif olmadığını bildirdim. Çünki YPG-ni PKK-dan ayırmaq qeyri-mümkündür. Adları fərqli olsa da, onlar eyni mərkəzdən idarə olunurlar”.

Qeyd edək ki, nazir həmçinin, Türkiyənin Suriyada həyata keçirtdiyi “Zeytun budağı” əməliyyatının İŞİD-lə mübarizəyə heç bir halda mənfi təsir göstərməyəcəyini vurğulayıb.

COP29

www.yenicag.az

1732
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv