Donald Tramp Türkiyəni Suriyanın şimalında həyata keçirməyə hazırlaşdığı hərbi əməliyyatlarla bağlı təhdid edib.
Yenicag.az xəbər verir ki, Tramp bu barədə özünün “Twitter” hesabında yazıb.
ABŞ Prezidenti Türkiyəni “həddini aşacağı” təqdirdə iqtisadi sanksiyalarla hədələyib. Tramp Türkiyə iqtisadiyyatını çökdürəcəyi barədə söz verib.
Qeyd edək ki, ABŞ senatorlarından Linsey Qraham da, açıqlama verərək Türkiyənin sözügedən əməliyyatlara başlaması təqdirdə onun NATO-dan çıxarılmasını istəyəcəklərini bildirib.
Həşim Səhrablı
www.yenicag.az