Türkiyə sərhəddə əməliyyatlara başlayacağı təqdirdə heç bir hərbi müdaxilə etməyəcəyik.
Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında bildirib.
Ancaq nazirlik rəsmisi əraziyə yaxın yerlərdə hərbi birliklərin saxlanılacağı da söyləyib.
Pentaqondan verilən rəsmi açıqlamada isə, bəlli bir ərazidə ABŞ əsgərlərinin geri çəkildiyi vurğulanıb: “Əsgərlərin çəkildiyi ərazilər Türkiyə və ABŞ arasında planlanmış “Təhlükəsiz zona”nı əhatə edən ərazilərdir”.
Pentaqon rəsmisi həmçinin havadan ediləcək hücumları dəstəkləmıyəcəklərini də əlavə edib.
Rəsmi “Ağ Ev” də açıqlama verərək, əməliyyatların başlanılmasını bildiklərini, ancaq ABŞ-ın qüvvələrinin heç bir tərəfdə əməliyyatlara qoşulmayacağını deyib.
Həşim Səhrablı
www.yenicag.az