!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Putinin Vyetnam səfərinə REAKSİYA: Vaşinqton rəsmi Hanoyu qınadı

!Reklam – Yazi

 

Putin Vyetnama səfəri ABŞ-nin rəsmi Hanoyu qınamasına səbəb oldu.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, səfər Vyetnamın İsveçrədəki sammitə qatılmamasından və həmçinin Rusiyada keçirilən BRICS toplantısına xarici işlər nazirinin müavinini göndərməsindən sonraya təsadüf edir.

“Putinin çərşənbə və cümə axşamı Hanoyda ikigünlük səfəri zamanı Vyetnamın yeni prezidenti To Lam və digər liderlərlə görüşü baş tutdu. Ötən il Hanoyla münasibətləri yaxşılaşdıran və Vyetnamın əsas ticarət tərəfdaşı olan ABŞ-ın Vyetnamdakı səfirliyinin rəsmisi isə bildirib ki, heç bir ölkə Putinə onun təcavüzkar müharibəsini təbliğ etmək və vəhşiliklərini normallaşdırmaq üçün ona platforma verməməlidir. Onun sözlərinə görə, Putinin sərbəst səyahətinə icazə vermək Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozmasını normallaşdıra bilər”, – deyə agentlik yazıb.

Agentlik qeyd edib ki, rəsmi Hanoy nöqteyi-nəzərindən bu səfərin məqsədi Vyetnamın heç bir böyük gücə üstünlük vermədən balanslaşdırılmış xarici siyasət yürütdüyünü nümayiş etdirməkdir.

“Əsas danışıqlar predmetindən biri Vyetnam üçün Rusiya istehsalı olan silahlar oldu. Digər məsələlər iqtisadi və kommersiya əlaqələrinin gücləndirilməsidir. Rusiya və Vyetnam liderləri bank sistemi vasitəsilə rubl və donqla əməliyyatların aparılması məsələsini həll etməyə də razılaşıblar”, – deyə məlumatda bildirilib.

Rafi Müslümov

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv