!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Rusiyaya “əsir düşərgəsi” İTTİHAMI

!Reklam – Yazi

ABŞ hakimiyyəti Rusiyanı Ukraynada ələ keçirdiyi ərazilərdə ukraynalıları “əsir düşərgələrinə” göndərməkdə ittiham edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Linda Tomas-Qrinfild 1,6 milyon insanın Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrinə və ya Rusiyaya zorla göndərildiyini iddia edib.

ABŞ BMT-nin bu bölgələrə tam girişini tələb edib. Rusiya cəbhəsi isə ittihamları rədd edərək ukraynalıların bu bölgələrdə “azad və könüllü” yaşadıqlarını bildirib.

Ağ Evin sözçüsü gündəlik mətbuat konfransında bu iddianı təkrarlayaraq: “Rusiyanın Ukraynanın şərqində və Rusiyanın qərbində əsir düşərgələrinin olduğu, minlərlə ukraynalının həbs edildiyi, onların sorğu-sual edildiyi və bəzən təhqir edildiyinə dair kəşfiyyat məlumatlarımız var”, – deyib.

www.yenicag.az

160
Ads
www.veteninfo.com
!Reklam – Arxiv