“ABŞ Gürcüstana anti-Qərb ritorikasını dəyişmək və antidemokratik kursundan imtina etmək üçün dəstək təklif edəcək”.
Bu sözlər “Politico” nəşrində respublikaçı Co Uilsonun qanun layihəsinə istinadən yazdığı materialda deyilib.
Sənəd bu həftə Konqresə təqdim olunacaq.
Layihəyə görə, Vaşinqton Tbilisi ilə iqtisadi və hərbi yardım, o cümlədən təhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı danışıqlara başlayacaq.
Proqramın qüvvəyə minməsi üçün ABŞ Gürcüstanın demokratiyanın möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etdiyindən əmin olmalıdır.
Nəşr qeyd edib ki, bu qanun layihəsi “Xarici agentlər haqqında” Qanunun qəbulunda iştirak edən gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqini də nəzərdə tutur.
www.yenicag.az